Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 681 yeni yoluxma faktı qeydə alınıb, 675 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 500 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 477 639 nəfər müalicə olunaraq sağalıb, 6 746 nəfər vəfat edib, aktiv xəstə sayı 15 926 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 168, ötən müddət ərzində isə ümumilikdə 5 014 141 test aparılıb.