Ürək xəstəlikləri dünyada ən çox rast gəlinən ölüm səbəbləri arasında yer almaqdadır. Ürək problemləri əsasən sinə ağrısı, nəfəs darlığı kimi şikayətlərlə qeydə alınır. Bəs bu xəstəliyin bilinməyən digər səbəbləri hansılardır?
7times.az ürək xəstəliklərinin 7 səbəbini təqdim edir.
Sinə ağrıları
Sinə ağrıları baş verən zaman ilk olaraq ürəkdə hansısa problemin olması ağla gəlir. Lakin bir çox başqa səbəblər də bu ağrıya səbəb ola bilər. Ürək damar tıxanıqlığı ilə əlaqəli olan sinə ağrısı adətən stress yaşadıqda və ya yemək yedikdən sonar qeydə alınır. Yəni, ürəyin yükü artdığı zaman bu hal ortaya çıxır. Ağrı dəqiqələrlə davam etsə də, səngiyir.
Nəfəs darlığı
Adətən gecələr qeydə alınır. Ürək problemləri olanlar nəfəs darlığı səbəbilə gecələr düz yata bilmir, hündür yastıqda yatmağı üstün tuturlar.
Çırpınma
Ürək döyüntüsü sürətlənir və nizamsızlıq yaranır. Bu föyüntülər anormal şəkildə sinədə hiss edilir. Əlavə olarak tərləmə şikayətləri başlayır, hətta huşunu itirmək kimi hallar qeydə alınır. Bu əlamətlər ürək xəstəliklərinin xəbərçisi ola bilər.
Tez yorulmaq
Tez yorulmağın bir çox səbəbləri olsa da əksər hallarda ürək çatışmazlığının əlaməti kimi qeydə alınır. Xüsusilə yaşlılarda və əvvəlcədən bilinən ürək damar tıxanıqlığı və ya ürək qapaq xəstəliyi olanlardamüşahidə olunur.
Huşunu itirmək
Ürək xəstəlikləri və ya ürək döyüntüsünün nizamsızlığı ilə əlaqəli ola bilər. Huşunu itirmə kimi hallar adətən qısa müddətli olur. Ani baş verir. Bəzən xəstə tamamilə şüurunu itirir.
Şişkinlik
Ürək çatışmazlığı ilə bağlı olaraq bədəndə su və duz toplana bilər. Gündüz toplanan qədərindən artıq su ve tuz səbəbilə gecə saatlarında tez-tez sidiyə çıxma kimi hallar baş verir.
Siyanoz
Bu hal adətən əl, ayaq barmaqlarında və dodaqlarda qeydə alınır. Məsamələrdə kifayət qədər oksigen olmadığına görə mavi rəng tonlarında ləkələr yaranır. Doğuşdan sonar yaranan ürək xəstəlikləri, ağır ürək çatışmazlığı və ürək qapaq xəstəlikləri səbəbilə yarana bilsə də, ağciyər xəstəlikləri də bunun əlaməti ola bilər. Teleqraf.com
Follow @7timesaz