Son zamanlar müşahidə olunan qlobal iqlim dəyişikliyi dünya dövlətlərini ciddi narahat etməyə başlayıb. Həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu qlobal istiləşməyə, həm də böyükölçülü iqlim dəyişikliyinə diqqət çəkmək üçün İsraildə maraqlı aksiya başladılıb.
7times xarici mediya istinadən xəbər verir ki, yüzlərlə model iqlim dəyişikliyinə diqqət çəkmək üçün çılpaq vəziyyətdə kameralar qarşısına keçib.
İsraildəki Ölü dənizinin sahillərində fotoqraf Spenser Tunikin layihəsində iştirak edən modellər çılpaq şəkillər çəkdiriblər.
Qeyd edək ki, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməyən dərəcədə təsir göstərərək, qlobal miqyasda iqlim dəyişikliklərinə səbəb olublar./KONKRET.az
Sözügedən layihədə çəkilən fotoları təqdim edirik:
Follow @7timesaz