Soyuq əllər sağlamlıq bağlı problemlərin yarandığından xəbər verə bilər.
7times.az xəbər verir ki, bu barədə rusiyalı damar həkimlərinin və damar cərrahlarının birgə rəyində bildirilir.
“Əgər bir adam soyuq əllərdən narahatdırsa, problemin səbəbini öyrənmək lazımdır. Bbəzi hallarda soyuq əllər fizioloji normadır, məsələn, ilin soyuq havalarında və ya aşağı hava temeperaturunda.
Ancaq əllər mövsümdən və otaq temperaturundan asılı olmayaraq soyuq olarsa, bu bəzi sağlamlıq problemlərinə işarə edə bilər”, – mütəxəsislər bildiriblər.
“Səbəblər çox ola bilər və belə bir problemi olan bir insana kömək etmək üçün əvvəlcə zərərli vərdişlərdən imtina etməyi, həyatda fiziki aktivliyi və idmanı artırmağı, həkimlərin tövsiyələrini dinləməyi, qan təzyiqini və xolesterol səviyyənizi mütəmadi olaraq yoxlamağı məsləhət görürük”, – yayımlanan birgə rəydə tövsiyə olunur.//Publika.az