Sumqayıt şəhər Şəhidlər Xiyabanında “Zəfər çalmış əsgər” heykəli ucaldılıb.
7Times.az xəbər verir ki,bu barədə Lent.az-a Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib.
Onun sözlərinə görə, Sumqayıt şəhərindəki Şəhidlər xiyabanının girişində olan memorial kompleks yenilənir.
“Şəhidlər Xiyabanında aparılan yenidənqurma işlərinin 8 Noyabr – Zəfər Gününə qədər yekunlaşması planlaşdırılır. Sumqayıt Şəhidlər xiyabanı 1992-ci ildə salınıb. Hazırda xiyabanda 510 şəhid məzarı var”.
Follow @7timesaz