Cəmiyyət

O, bir yox, bir neçə dəfə... – Kəmalə Ağazadə hamilə qalan 11 yaşlı qızla bağlı danışdı

O, bir yox, bir neçə dəfə… – Kəmalə Ağazadə hamilə qalan 11 yaşlı qızla bağlı danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən bu gün İmişlidə cinsi zorakılığa məruz qalan 11 yaşlı uşağın bibisi ilə görüşəcəyəm. İmişli Rayon İcra Hakimiyyətinə bununla bağlı rəsmi məktubla müraciət etmişəm. Uşaq xəstəxanadan çıxdıqdan sonra onun reabilitasiyası üçün sığınacağa yerləşdirməklə bağlı müraciət ünvanlamışam”.

7times.az xəbər verir ki, bunu “Azərbaycan uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Kəmalə Ağazadə bildirib ki, o, istintaq-məhkəmə prosesində 11 yaşlı uşağın yanında olacaq: “Baxmayaraq ki, 11 yaşında cinsi zorakılığa məruz qalan uşaq zərərçəkəndir, dövlət onun arxasında dayanacaq, biz onu vəkillə də təmin etmək istəyirik. Bu, mütləq olacaq”.

Kəmalə Ağazadə onu da vurğulayıb ki, baş verən hadisədə ən böyük günah anada olub: “Ana öz məsuliyyətini həyata keçirməyib. Ana övladlarına qarşı biganə olub. Necə ola bilər ki, sən öz uşağınla maraqlanmayasan. Anası uşağı ilə danışmayıb. O uşağın üzündəki qorxuları görmək bu qədərmi çətin idi?! O uşaq bir yox, bir neçə dəfə təcavüzün qurbanı olub. Həmin evdə başqa bir uşaq da var, pedofil üçün cinsiyyət önəmli deyil. Orada on yaşında oğlan da var. Heç kim həmin oğlan uşağının da da seksual hərəkətlərə məruz qalmadığı ilə bağlı zəmanət verə bilməz. Bəlkə də ona da seksual toxunuşlar olub?! Amma o bir oğlan uşağıdır deyə onun üzərindən keçə bilərlər. Kim o uşaqla danışıb, onu kim dindirib?! Hadisələrin bu həddə gəlib çatmasının ilk günahı anaların biganəliyidir. Uşaqları ilə normal davranışlarının olmamasıdır. Öz eqolarına uşaqlarını qurban vermələridir. Ailə qurmaq həmin qadının haqqıdır. Amma ailə qurarkən o, öz uşaqları ilə məsləhətləşibmi?! Uşaqların fikrini öyrənibmi?! Görünən odur ki, o qadın əri ilə uşaqlarının münasibətindən xəbərsiz olub”.
Publika.az