Yağışlı havada baş verən yol qəzalarına texniki məsələlərlə yanaşı, sürücülərin məsuliyyətsizliyi də səbəb olur. Yağışlı havalarda sürücülər avtomobilin şüşəsilənlərindən birini çıxarırlar.
7times.az xəbər verir ki, bu sözləri yol təhlükəsizliyi üzrə ekspert Elməddin Muradov deyib.
“Yağışlı havada su düşür, palçıq sıçrayır. Avtomobilin şüşəsi təmiz olmalıdır. Bir şüşəsiləndən istifadə edən sürücü ancaq öz önünü görür. Sağ tərəfdə isə artıq kor nöqtə əmələ gəlir. Bu, xüsusən Rusiya istehsalı olan avtomobillər üçün təhlükəlidir”.
Qeyd edək ki, bu hallara yol verən sürücülər üçün İnzibati Xətalar Məcələssində cərimələr nəzərdə tutulub.
Follow @7timesaz