Jurnalist Əvəz Zeynallının “Selcanın məmləkəti” kitabında maraqlı faktlar yer alıb.
7times.az-ın məlumatına görə, kitabın 63-cü səhifəsində qeyd olunub ki, Prezident Adminstrasiyasının o vaxtki rəhbəri Ramiz Mehdiyev barəsində mütəmadi yazılar dərc edən Əvəz Zeynallıya Daxili işlər naziri, general-polkovnik Ramil Usubov elçi düşübmüş. Ə. Zeynallını qəbul edən Ramil Usubov jurnalistə Ramiz Mehdiyev barəsində yazıları dayandırmağı xhiş edir. O, bunun müqabilində Ə. Zeynallının Prezident Adminstrasiyasının rəhbəri ilə görüşünün təşkil edəcəyini vəd edir.
Maraqlısı odur ki, bu görüşdən 2 ay keçəndən sonra Əvəz Zeynallı həbs edilir.
Əvəz Zeynallı Unikal.org-a açıqlamasında maraqlı bir faktı da açıqlayıb. Jurnalistin sözlərinə görə, o həbsdə olarkən Daxili işlər naziri Ramil Usubov aralarında olan söhbəti məhkəmədə açıqlamamaq üçün cəzaçəkmə müəssisəsinə öz adamını da göndərib.
Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı rüşvət almaq ittihamı ilə 2011-ci keçmiş deputat Gülər Əhmədovanın şikayətinə görə həbs olunmuşdu.
O, 2014-cü ildə prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunub.
Follow @7timesaz