Bakıya elektriklə çalışan 100 ədəd London taksisi gətirilib. Bu taksilərin eletriklə çalışmasından əlavə, bir çox özəllikləri var.
7times.az-ın məlumatına görə, Baku TV bu taksilərin özəllikləri ilə tanış olub.
Altı nəfərlik sərnişindaşıma qabiliyyəti olan bu salonun bir oturacağının özəlliyi var. Belə ki, fiziki qüsurlu şəxslər həmin bu oturacaq vasitəsilə rahatlıqla taksidən enə bilərlər. Yeni taksilərdə sərnişinlərlə yanaşı, sürücülərin də rahatlığı nəzərdə tutulub.
Bu taksilər ətraf mühitə və ekologiyaya ziyanın sıfıra enməsinə səbəb olacaq. Elektriklə işləyən bu taksilərin cərayanını xüsusi yanacaqdoldurma məntəqələri ilə yanaşı, ev şəraitində də artırmaq mümkündür. Bu taksilər düz 130 km yolu elektriklə çalışır. Daha sonra rejimini dəyişmək mümkündür.
Qeyd edək ki, yeni taksilər artıq bu gündən etibarən hissə-hissə paytaxt sakinlərinin xidmətinə verilib.
Follow @7timesaz