Cəmiyyət

Gələn il nazir və icra başçılarının maaşı nə qədər olacaq? – TAM SİYAHI

Gələn il nazir və icra başçılarının maaşı nə qədər olacaq? – TAM SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi Azərbaycanda dövlət orqanlarında rəhbər və yüksək vəzifə tutan məmurların aylıq maaşı ölkə başçısının sərəncamı ilə tənzimlənir. Prezidentin 10 avqust 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamına görə rəhbər işçilərin aylıq vəzifə maaşları müasir dövrün tələblərinə uyğunlaşdırılıb.

Həmçinin onlara təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı da verilir.

Həmin sərəncama görə hazırda baş nazir 2 460 manat, Baş nazirin birinci müavini 2 160 manat, Baş nazirin müavini isə 2 060 manat məvacib alır. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi – 1 925 manat, mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri 1 595 manat, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini 1 375 manat, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini 1 280 manat əməkhaqqı alır.

Qeyd edək ki, sadaladığımız rəhbər şəxslərin vəzifə maaşlarının üzərinə 25 faiz məbləğində aylıq əlavə pul verilir. Məsələn vəzifə maaşı 2460 olan baş nazirə aylıq əlavə olaraq 615 manat verilir. Bu rəqəm isə toplam 3075 manat edir.

Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları isə aşağıdakı məbləğlərdə müəyyən edilib:

Bakı şəhər icra başçısı 1 925 manat, Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı 1 280 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan rayon icra başçıları 1 045 manat, əhalisinin sayı 50-100 min nəfər olan icra başçıları 990 manat, əhalisinin sayı 50 min nəfərədək olan rayon icra başçıları isə 880 manat məvacib alır. Yerli icra hakimiyyəti başçılarına da maaşlarının 25 faizi məbləğində əlavə aylıq pul təminatı edilir. Məsələn, Bakı şəhər icra başçısı 1925 manat məvacib alırsa, üzərinə 481 manat əlavə aylıq pul təminatı olunur. Bu da toplam 2406 manat edir.

Xatırladaq ki, 2018-ci ildə İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin aylıq vəzifə maaşları artırılıb və bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minib.

Məlumat üçün bildirək ki, Azərbaycanda 2022-ci ildə minimum əmək haqqının 250 manatdan 300 manata qədər artırılması nəzərdə tutulub. 2022-ci ildə büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqqı fondunun bu illə müqayisədə 1187,3 mln. manat və 22,5 faiz artırılacaq.

Bu o deməkdir ki, gələn il nazir, nazir müavinləri və icra strukturlarında çalışanların maaşları 10-20 faiz intervalında artırılacaq.

Bundan daha çox pay götürən icra və qanunvericilik hakimiyyəti, hüquq-mühafizə, məhkəmə prokurorluq, müdafiə və milli təhlükəsizlik orqanları olacaq. Bununla yanaşı, təhsil və səhiyyə işçilərinin də əmək haqlarının artımı gözlənilir. Məsələ “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, sonuncu dəfə minimum əmək haqqı 2019-cu ilin sentyabrın 1-də artırılıb./Bizim.Media