Samir Şərifov: “Hamıya bildirirəm ki, hər hansı ərzaq məhsulunun rüsumunda bir qəpik belə artım yoxdur. Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında heç bir artım yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır”.
“Hörmətli cənab nazir (hələlik etik qaydaları gözləməyə məcburam, qalxan qiymətləri qaldırıb soxum gözünə, ondan sonra əsl üzümü də sənə göstərəcəm), mənim balaca dükanım var. Hər həftə “Azərsun”, “Veysəloğlu”, “Avrora”, “Koroğlu”, Gilan Holdinq, Paşa holdinq və s. kimi monopolist ticarət firmaları və digər topdansatış bazalarından gündəlik tələbat malları alıb, üzərinə öz “naçenkamızı” qoyub əhaliyə satırıq. Yəni qiymətlərin qalxıb-qalxmadığını, qalxıbsa nə qədər qalxdığını mən çox yaxşı bilirəm. Əvvəla, onu deyim ki, son 6 ayda qiymətlər demək olar ki, hər həftə qalxır.
Məsələn, 6 ay əvvəl “Azərsun” firmasından 1,48 manata aldığımız “Final” markalı 0,5 litrlik günəbaxan yağını bu həftə 2,42 manata mədaxil etmişəm. Son 6 ayı boş verin, bəzi malların ötən həftə ilə bu həftəki qiymət fərqini hamının nəzər-diqqətinə çatdırıram:
1) 0,5 litrlik günəbaxan yağı – 2,33 manat (ötən həftə) – 2,42 manat (bu həftə); 2) 0,5 litrlik qarğıdalı yağı – 2,82 manat – 3,04 manat; 3) 1 litrlik günəbaxan yağı – 3,98 manat – 4,25manat; 4) 1 litrlik qarğıdalı yağı – 4,86 manat – 5,32 manat; 5) 0,6 kq “Azərşəkər” kəllə qənd – 1,43 manat – 1,54 manat; 6) 0,8 kq “Azərşəkər” kəllə qənd – 1,78 manat – 1,95 manat; 7) 0,8 kq “Riçmond” şəkər tozu – 1,43 manat – 1,54 manat; “Bizim süfrə” mayonezi – 1,04 manat – 1,13 manat; 9) 1 litrlik “Milla” ayranı – 1,42 manat – 1,68 manat; 10) “Milla” xaması, 25 %-lik, 370 qramlıq – 1,78 manat – 2,04 manat; 11) “Kaqor” çaxırı – 2.2 manat – 2,5 manat; 12) “Milla” markalı süd – 1.7-1,9 manat (yağlılıq faizlərinə görə) – 2,05-2,2 manat; 13)
Bax, cənab nazir, niyə yalan danışırsınız!!! Şəxsən mən sizin yerinizə olsam, ağ yalan danışmaq yerinə, istefa verib çəkilib gedərəm bir dağ kəndinə, 3-4 qoyun alıb otararam, günümü keçirərəm. Bu, daha şərəfli bir işdi, nəinki nazir kreslosunda oturub zavallı xalqa ağ yalan danışmaq!”
Elçin İlqaroğlu
Follow @7timesaz