Cəmiyyət

“Qadınlar kişilərdən qat-qat güclü və ağıllıdılar“ – Əməkdar artist

“Qadınlar kişilərdən qat-qat güclü və ağıllıdılar“ – Əməkdar artistbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç nəyin peşmançılığını yaşamıram. Yaşayacağım nəsə yoxdur. Bir şeylə təsəlli tapıram ki, heç vaxt dövlətimin başını aşağım etmədim, dostumu, düşmənimi satmadım. Kimsəyə xəyanət etmədim. Bununla fəxr edirəm, mənim var-dövlətimdir”.

7Times.az  xəbər verir ki, bu sözləri Əməkdar artist Fizuli Hüseynov “Açıq söhbət” proqramında deyib. Aktyor həyatından, sənətindən danışıb.

F.Hüseynov “Tamaşalar üçün darıxırsınız” sualına belə cavab verib:

“Darıxmıram… Ləzzətli həyatım olur, darıxmağa vaxt tapmıram. Filmlər çəkmək üçün mövzular var, amma yatırıq. Özümüzü sevməmək, bəyənməmək hissi var. Bizim qədər gözəl tarixi olan ikinci xalq yoxdur. Müharibədə o qədər şeylər yaşanıb ki, onları çəkmək olar”.

Aktyor “Məktub yazan teatrın qarşısına gələn xanımlar olub? Başınız gicəllənib bu sevgidən” sualına “İndi də sevgi etirafları olur. Amma başgicəllənməm olmur. Vətənə, dövlətə xəyanət olur. Rusların “izmena” sözü var, dəyişdim. Kişilərin içində olur ki, bu da normaldır. Xəyanət sözünü sevmirəm” cavabını verib.

Qadınlardan danışan F.Hüseynov plastik əməliyyata qarşı olduğunu söyləyib:

“Qadınlar kişilərdən qat-qat güclü və ağıllıdılar. Məsəl var: Qadının yıxdığı evi fələk də qura bilməz. Hisslərinizlə yaşadığınız üçün dünyanı idarə edə bilmirsiniz. Dünyanın əksəriyyətini kişilər idarə edir. Mənim üçün ağılsız qadın olmur. Baxımsız da olmur. Yalançı bərbəzəkdənsə, təbiliyi sevirəm. Sevmirəm əməliyyat olunmuş xanımları. Qadının missiyası övlad dünyaya gətirməkdir. Sizin dediyiniz kimi, burnu ağzına girən qadın uşaq dünyaya gətirəcək. O uşaq kimə oxşayacaq? Sənə Allah burnu belə verib. Dəyişsən də, övladınla qarşına çıxacaq”.

Aktyor şəxsi həyatı ilə bağlı etiraf edib. İllərdir subay olduğu deyilən aktyor “Evlənmədiniz” sualına “Kim deyir? Elə şeylərə inanmayın. Şəxsi həyatıma qarışmaq olmaz. Evliliyim yerindədir, olmayan şeydən danışmıram”reaksiyasını verib. (axşam.az)