ABŞ-ın San-Dieqo şəhəri yaxınlığında havadan “pul yağıb”.
Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, nəticədə sözügedən ərazi üzrə maşın yolunda tıxac yaranıb. İnsanlar avtomobillərindən düşərək pulları yığmağa başlayıb.
Məlum olub ki, “Sectran Secury” sığorta şirkətinə məxsus zirehli maşın hərəkətdə olarkən yük yerinin anidən qapıları açılıb. Həmin şirkətin pulları yola səpələnib.
Ətrafdakı insanlar bu hadisəyə sevinib və pulları yığaraq videoya çəkib. Polis bunu oğurluq kimi qiymətləndirib, hətta 3 nəfər saxlanılıb.
Yerli hüquq-mühafizə orqanları çəkilmiş videolar vasitəsilə digər şəxslər müəyyən edir.