Cəmiyyət

Abel Məhərrəmov HARALARDADI…

Abel Məhərrəmov HARALARDADI…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çoxları elə bilir ki, akademik Abel Məhərrəmovun rektor vəzifəsindən çıxarılandan sonra işsiz qalıb. Hətta bir müddət öncə bəzi KİV-lər də belə məlumat yaymışdılar. Amma Bakı Dövlət Universitetindən əməkdaşımıza bildiriblər ki, Abel Məhərrəmov hazırda BDU-nun Üzvi kimya kafedrasının müdiri vəzifəsini tutur. Onun bu kafedraya 2002-ci il­dən – hələ rektor olduğu dövrdə rəhbərlik etdiyi bildirilib. Yəni Abel müəllim rektor postundan uzaqlaşdırılsa da, kafedra müdiri vəzifəsini qoruya bilib.

Hazır­da kafedrada 20 mü­əl­lim, o cüm­lə­dən 1 aka­demik, 7 kimya elmləri doktoru-pro­fessor, 10 kimya elm­ləri namizədi-do­sent, 2 kimya elm­lə­ri na­mizədi-mü­əl­lim çalışır.

Xatırladaq ki, Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru vəzifəsində çalışıb.

O, həm də iki III və IV çağırış Milli Məclisin (2005-2015-ci illər) 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatı olub.

Akademik hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin də üzvü idi.

Amma 2018-ci il noyabrında BDU-nun rektoru vəzifəsindən azad edilən A.Məhərrəmovun adı YAP-ın 5 mart 2021-ci ildə keçirilmiş növbədənkənar VII Qurultayında qurumun İdarə Heyətinə və Veteranlar Şurasına salınmadı.

Əslən Qərbi Azərbaycandan olan Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub.

Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı idi. Buna görə də oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoyub.

A.Məhərrrəmov 1966-cı ildə Amasiya rayonun Güllübulaq kənd orta məktəbini bitirdikdən sonra, elə həmin il də Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub və oranı 1971-ci ildə başa vurub. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışıb. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Üzvi kimya” ixtisası üzrə əyani aspiranturada oxuyub.

1976-cı ildən Bakı Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb.
1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olub.

1999-cu ildə Bakı Dövlət Universitetinin rektoru təyin olunub.

2009-cu ildə “Şöh­rət” or­deni ilə təl­tif olun­ub.

Kimya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Bir sıra elmi mükafatların sahibi, 50-dək monoqrafiyanın, dərsliyin və dərs vəsaitinin, 700-dək elmi məqalənin müəllifidir. 30-dan çox ixtirası var. 30-dək kimya elmləri namizədi və doktoru hazırlayıb.

A.Məhərrəmov 2005 və 2010-cu illərdə 16 say­lı Ya­sa­mal II seç­ki dai­rə­sin­dən Milli Məclisinin III və IV çağırışları üzrə deputatı seçilib. 2015-ci ildə deputat mandatı ilə vidalaşıb.

2018-ci ilin noyabrında onun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalanıb.

Evlidir, 2 övladı, 5 nəvəsi var.

Sabiq rektorun hazırda Bakıda qeyri-rəsmi biznesinin olduğu və onu idarə etdiyi də bildirilir.

A.Məhərrəmovun adı bu günlərdə oğlu ilə bağlı gündəmə gəlmişdi. Belə ki, sabiq rektorun oğlu Anar Məhərrəmov 26 iyul 2021-ci il tarixində Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Qeyd edək ki, Anar Məhərrəmov 2016-cı oıdən 2021-ci ilin aprelinədək Azərbaycanın İspaniyadakı səfiri vəzifəsində çalışıb.

Keçmiş rektorun digər övladı – qızı Nərminə Məhərrəmova Bakıda yerləşən “Qlobus” uşaq bağçasına rəhbərlik edir. Modern.az