Cəmiyyət

“Koronavirusa qarşı istifadə edilən bu dərman təsirsiz imiş” – Türkiyəli professordan XƏBƏRDARLIQ – VİDEO

“Koronavirusa qarşı istifadə edilən bu dərman təsirsiz imiş” – Türkiyəli professordan XƏBƏRDARLIQ – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli professor Serap Şimşek Yavuz koronavirusa yoluxan xəstələrin müalicəsində istifadə edilən “Favipiravir” dərmanının təsirsiz olduğunu açıqlayıb.

Dərmanın Türkiyədə korona müalicəsi protokolundan çıxarılacağını proqnozlaşdırdığını deyən professor, “Bu dərman bədəndə hər hansı bir şəkildə arzuolunmaz nəticəyə səbəb ola biləcək dərman deyil” ,– deyə açıqlamasında bildirib.

“Favipiravir”in yoxlanılması üçün yüngül və orta dərəcədə simptomları olan təxminən 1150 xəstə üzərində sınaq keçirilib. Evdə dərman qəbul edən xəstələr klinik tədqiqatçılar tərəfindən uzaqdan izlənilib. Məlum olub ki, sözügedən dərman xəstəliyin sağalması üçün effektiv nəticə vermir.

Koronavirüs hastalarına verilen ilacın etkisiz çıktığını söyleyen Bilim Kurulu üyesi: Kullananlar korkmasın, istenmeyen sonuca yol açmaz – Son Dakika

Professor Serap Şimşek Yavuz deyib ki, bu dərmanın ölkələrində də müalicə protokolundan çıxarılmasını gözləyirlər: “Bu günə qədər dərmanı istifadə edən şəxslərdə yan təsir baxımından təhlükəli bir vəziyyət yoxdur”, – deyə bildirib.

Professor müalicəsində bu dərmandan istifadə edən xəstələrin narahat olmamalarını söyləyib: “Bu dərman orqanizmdə yığılıb hər hansı bir şəkildə arzuolunmaz nəticəyə səbəb ola biləcək dərman deyil. İstifadə olunan doza çox yüksək doza deyil.

Evdə müalicə alan xəstələrin özbaşına dərman istifadə etməmələrinin lazım olduğunu bir daha vurğulayan professor xəbərdarlıq da edib: “Xəstələr çox müxtəlifdir. Hər kəs öz ağlına görə qan durulaşdırıcı, vitamin, steroid istifadə etməməlidir. Bundan başqa, simptomatik şikayətləri aradan qaldırmaq üçün qızdırma salan və ağrıkəsicilərdən başqa dərmanlar qəbul etməyi məsləhət görmürük”.