Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Gununsesi.info-nun bununla bağlı əldə etdiyi məlumatda bildirilir ki, sabiq nazirin ölkədən çıxışına məhdudiyyət qoyulması Xarici İşlər Nazirliyindəki anti-korruspiya əməliyyatı ilə bağlı açılmış cinayət işinə görədir.
“Elmar Məmmədyarov istintaqın çoxsaylı suallarını cavablandırmalıdır”, – deyə mənbəmiz bildirib.
Qeyd edək ki, Elmar Məmmədyarov Ermənstanin Tovuz təxribatı zamanı ölkə başçısının sərt tənqidlərinə məruz qaldıqdan sonra vəzifəsindən azad edilib.
Follow @7timesaz