Cəmiyyət

“Bəzi dələduzlar insanları şirnikləşdirərək bu şəbəkəyə cəlb edirlər” – AÇIQLAMA

“Bəzi dələduzlar insanları şirnikləşdirərək bu şəbəkəyə cəlb edirlər” – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər insanlar kriptovalyutaya inanır və pullarını yatırırlar. Lakin krioptovalyuta ilə bağlı bəzi dələduzlar insanları aldatmaqdadır. İnsanlar bu cür dələduzlardan necə qorunmalıdır?

7times.az xəbər verir ki, iqtisadçı-ekspert Elnur Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, kriptovalyutalar investorlar üçün yüksək riskli maliyyə aktivi olmaqla bərabər son 10 ilin ən gəlirli investisiya alətinə çevrilib.

Ekspertin sözlərinə görə, rəqəmsal aktivlər arasında hazırda ən populyarı bitcoin olsa da digər altcoinlər də öz investorlarına kifayət qədər gəlir qazandıra bilib:

“Yeni növ investisiya alətinin yaratdığı imkanlar zaman keçdikcə daha çox investor və sıravi vətəndaşların diqqətini cəlb etməyi bacarıb. Lakin çox təəssüf ki, bəzi hallarda vətəndaşlarımızın dələduzların qurbanına çevrilib. Bunun isə bir neçə səbəbi var. Birincisi, maliyyə savadsızlığıdır, əni insanlar başa düşə bilmirlər ki, normalda min manatla gəlirlə, sən iki həftəyə 2 min manat qazana bilərsən? Adətən, belə piramidalar kasıb ölkələrdə olur. Çünki insanlar bundan daha çox pul qazanmaq istəyirlər. İkincisi, isə bəzi dələduzlar insanları şirnikləşdirərk bu şəbəkəyə cəlb edirlər. Məsələn, insanlara göstərirlər ki, kriptovalyutaların dünyada həqiqətən də qiyməti artıb. Tutaq ki, keçən il qiymət bu idi, bu il isə daha yüksəkdir. Bu bazarda qiymətdə daha da partlayış baş verəcək. Ümumiyyətlə, insanlar necə analiz eləmək qaydalarını bilmirlər. Hansı kritovalyutaları almaq lazım olduğunu bilmirlər.Bir məsələni də qeyd edim ki, rəqəmsal texnologiyaların inkişafı, həmçinin kriptovalyuta bazarında rəqəmsal aktivlərin qiymətlərinin artım prespektivləri iri korporativ investorların və sıravi vətəndaşların kriptovalyutalara diqqətini cəlb etməyi bacarıb. Faktiki olaraq kriptovalyutalar yüksək riskli maliyyə aktivi olmasına baxmayaraq son 5 ildə ən gəlirli investisiya alətlərindən birinə çevrilib. Bu sektor üzrə vahid beynəlxalq tənzimləyici qaydalar olmasa da yeni nəsil investisiya aləti olan kriptovalyutalara maraq getdikcə artmaqdadır”. Ekspertin sözlərinə görə, kriptovalyutalardan qazanmaq mümkündür, ancaq bu bazarın özünün texnikaları var:

“Əslində, insanlar onun qaydalarını dərindən bilməlidirlər. Necə, harda, nə qədər almaq lazımdır? və s. bunların hamısı ayrıca elm, məktəbdir. Azərbaycanda ilk dəfə kriptovalyuta mövzusunda fənn Azərbaycan Dövlət İqtisad Universitetnin (UNEC) tədris planına daxil edilib. Sual yarana bilər ki, investisiya üçün hansı kriptovalyutaları seçmək və hansı faktorlara daha çox diqqət etmək lazımdır? İnvestisiya məqsədi ilə rəqəmsal aktiv seçərkən ilkin mərhələdə 3 önəmli faktora diqqət etmək lazımdır. Kriptovalyutanın bazar kapitalizasiyası – bazar kapitalizasiyası nə qədər çox olarsa həmin kriptovalyutaya spekulyativ təsiri də bir o qədər aşağı olur. Adətən bazar kapitalizasiyası 500 milyon dollardan aşağı olan rəqəmsal aktivlər nisbətən daha riskli hesab edilir. Kriptovalyutanın sayı nə qədər az olarsa onun qiymətinin yüksək olmasını təmin edir. Hər bir kriptovalyuta yaradılarkən bəlli bir missiyası və təyinatı olmalıdır. Layihənin arxasında professional komandası olmalı və hər hansı bir sosial, texniki, iqtisadi əhəmiyyəti ilə seçilməlidir.”. E.Quliyev qeyd edib ki, xarici ölkələrdə kriptovalyutaların özünün birjadan alınıb, satılmaq qaydaları var: “Ümumiyyətlə, bunlar piramida layihələridir.Yəni, mən iki adam, gətirməliyəm, o adam ikisini gətirməlidir və belə-belə piramida yaranır. Son gələnlərlə əvvəlkilərin pulu ödənilir, təbii ki, bu da müəyyən müddətdən sonra dayanacaq. Burada insanları aldadan məqam yüksək faizli gəlirlərə söz verilməsidir. Yəni bazarda ən yaxşı halda banklardan qoyulan depozitlərdən fazilər əldə edilir, onlar da ilə 10 faiz verir. Burada isə insanlara aylıq 20-30 faiz gəlir söz verilir. Qeyd edim ki, heç bir biznesdə belə bir artım tendensiyası yoxdur. Demək ki, real əmtəə yoxdursa, bu artıq şirkətin piramida sistemi və maliyyə dələduzluğu ilə əlaqə olması üçün artıq böyük siqnaldır. Bundan qurtulmaq mümkün deyil və bu sistem gələcəkdə də davam edəcək”.