Cəmiyyət

Ədalətiylə Qalib Prezidentim, ədalətinlə qürur duyuram – TURAL ZEYNALOV

Ədalətiylə Qalib Prezidentim, ədalətinlə qürur duyuram – TURAL ZEYNALOVbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7Times.az Doğru.az xəbər verir ki,  iş adami Tural  Zeynalov Facebook səhifəsindən Prezidenti İlham Əliyevin ədalətinə, uzaqgörən siyasətinə güvənərək, prezidentə müraciət etdi.

Salam olsun salamı çəkinmədən alanlara. Sizlərə ədalət haqda olan düşüncələrimi və ədalətin qanunla necə qorunmalı olduğunu və ən uca Allahın ədaləti haqda danışmaq istəyirəm.

Ədalət güclü, güclülər isə ədalətli olmalıdır. Ədalət, insanların daxili aləminə məxsus olan mücərrəd insani keyfiyyət olub, mübahisəli məsələrə qərəzsiz və düzgün yanaşmadır. İndi sizlərə qanunla ədalət anlayışını izah edib bildirmək istəyirəm ki, ədalət insanların pozulmuş hüquqlarını bərpa etməkdir.

Mənim cinayət işim başladıqda, mənə həbs qətimkan tədbiri seçildikdə və bundan da əvvəl inzibati qaydada həbs edildiyimdə mənim ədalət mühakiməsini həyata keçirən məhkəmə strukturuna inamım sarsılmışdı. Hal-hazırda ədalət mühakiməsini həyata keçirən hakimlərə toxunulmazlıq verilərək, onlar üçüncü hakimiyyət budağına mənsub olmalarına baxmayaraq təzyiqlərə məruz qalaraq ədalətli qərar verə bilmirlər.

Bunun səbəbi anlaşılmazdır. Ədalət topaldır, lakin gecdə olsa öz yerinə qəti çatır.
Qorxu və cəsarət:-cəsarət qorxunun yoxluğu deyil, qorxuya müqavimət göstərmək qorxuya hökm etməkdir. Yaxşılığı yaxşılıqla, pisliyi isə ədalətlə qarşılıyan insan olmuşam. Əvvəllər bilirdim ki, barəmdə bir neçə dəfə sabiq icra başçısı Alimpaşa Məmmədovun sifarişi ilə qarayaxmalar olub və bəzi təzyiqlərin bu səbəbdən olduğunu anlayırdım.

Alimpaşa Məmmədovun düzgün mövqedə olmadığı xalqına və Prezidentimizə yox, özünə xidmət etdiyi üçün onun gördükləri işlərdə iştirak etməyəcəyimi bildirdiyimdən, 2005-ci ildən dövlət qulluğunda xidmət etdiyim 11 il ərzində, xidmətimlə xalqıma, dövlətimizə və Prezidentimizin yürütdüyü siyasətə əsasən etdiyim xidmətə, məhz Alimpaşa Məmmədovun icra başçısı kimi fəaliyyətə başladıqda düzgün mövqedə olmadığı anladığım vaxtdan, dövlət qulluğundakı xidmətimə öz ərizəmlə dayandırdım ki, bu çirkin işlərdə yaxından və uzaqdan heç bir iştirakım olmasın.

Mən bütün gördüyüm işlərdə dövlət başçısının siyasətinə uyğun hərəkət etmişəm ona görədə əminəm ki, Xalqın, Vətənin və Prezidentimizin yanında, canı və malı ilə olan hər bir şəxs onun siyasətinə arxalanarsa, ədalətə arxalanmış olar…. Allahın ədaləti qəti və qaçılmazdır!

DOĞRU.AZ