Cəmiyyət

TƏBİB-dən 3-cü doza vaksinasiya ilə bağlı AÇIQLAMA

TƏBİB-dən 3-cü doza vaksinasiya ilə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Covid-19 virusundan qorunmaq və immun sistemini gücləndirmək üçün Azərbaycanda yanvar ayından başlayan peyvəndləşmə prosesi davam edir. Ölkədə artıq 3-cü doza vaksinlər vurulmağa başlayıb. Vətəndaşları maraqlandıran suallardan biri də vaksin sonrası hər hansı şikayətlərin olub-olmamasıdır. Bəs peyvəndlənmədə son vəziyyət necədir?
TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış açıqlamasında vətəndaşları maraqlandıran sualları cavablandırıb:
“3-cü doza ilə bağlı TƏBİB-ə hər hansı şikayət daxil olmayıb. 2-ci doza vaksin olunmuş və ya virusa yoluxmuş, rəsmi qeydiyyata düşmüş və immun sertifikatı formalaşmış şəxsin pozitiv nəticəsindən tam 5 ay keçəndən sonra o, 3-cü doza vaksin vurdura bilər”.
Məsləhətçi onu da qeyd edir ki, hazırda ölkədə peyvəndlənmə prosesi vaksinasiya strategiyasına uyğun olaraq uğurla davam edir.
(baku.ws)