Müsahibə

“Hamı məndən ANS-in açılıb-açılmayacağını soruşur” – Vahid Mustafayev

“Hamı məndən ANS-in açılıb-açılmayacağını soruşur” – Vahid Mustafayevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir çoxları ANS TV-in açılıb-açılmayacağı haqda məndən soruşur, hamı ANS-in açılmasını istəyir və səbirsizliklə gözləyir”.

7times.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bunu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev sosial şəbəkələr və bəzi KİV-lərdə ANS TV-nin tezliklə açılacağı barədə yayılan informasiyaya  cavab verərəkən deyib.

“Dəfələrlə bu suala cavab vermişik! Bizim xalqımız çox güclüdür! Və istədiyinə hər zaman nail olur! Baxın, hamı gözləyirdi ki, torpaqlarımızı işğaldan azad edəcəyik… və etdik! ANS-in də taleyi illər boyu Qarabağla bağlı idi və azadlıq küləyi xəzri kimi bizim də zülfümüzü tumarlayacaq. Lakin bu cavab da kimisə qane etmirsə, Böyük Seva ilə ifa etdiyimiz və taleyimizin nəğmə versiyası hesab etdiyimiz “SMUQLYANKA” mahnısına qulaq assın və zövq alsın”, deyə V.Mustafayev əlavə edib.

O, ANS TV-nin yayıma başlamasının 30illiyilə əlaqədar keçmiş ANS-çiləri təbrik edib.

“Sizə uğur arzu edirəm! Titanik gəmisinin sərnişinlərin gözəl sağlamlığı, cibləri dolu, kefi isə kök idi… amma hamısı batdı! Ona görə də mən Sizə yalnız uğur arzu edirəm, qalan şeyləri ANS təlimlərində öyrənmisiz və istifadə edə bilərsiz!”.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.
Daha sonra Bakı Apelyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın da lisenziyasını ləğv edib.

A.Qorxmaz