Cəmiyyət

Azərbaycanda koronavirusdan daha 18 nəfər öldü – 1662 yeni yoluxma…

Azərbaycanda koronavirusdan daha 18 nəfər öldü – 1662 yeni yoluxma…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1662 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 585 783 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 551 724 nəfər müalicə olunaraq sağalıb, 7 807 nəfər vəfat edib, aktiv xəstə sayı 26 252 nəfərdir.
Ölkədə son sutka ərzində 11 369, hazırkı dövrədək isə 5 521 070 test aparılıb.