Bakı sakinində silah-sursat aşkarlanıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ş.Rəcəbovun yaşadığı Şüvəlan qəsəbəsindəki evinə baxış zamanı oradan nömrəsi silinmiş pnevmatik tapança, 15 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.
Follow @7timesaz