Ölkə

Energetikanın “Baba”-sı

Energetikanın “Baba”-sıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Energetika sektorunun inkişafı şübhəsizki dövlətin ən əsas prioritet sahələrindən biridir.Həm ulu öndər Heydər Əliyevin həmdə ölkə başçısı İlham Əliyevin prezidentlik dönəmində bu sahənin yenidən qurulması və təkminləşdirilməsi istiqamətində qlobal işlər həyata keçirilib.Hazırda ölkəmizdə gücü 10 min meqavatdan çox olan 40-a yaxın elektrik stansiya mövcuddur.Azərbaycan artıq elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.Biz artıq regionun ən etibarlı və dayanığlı enerji ölkəsiyik.Və elektrik enerji ilə təminat sahəsində heç bir ölkədən aslılığımız yoxdur.Amma mən bu sahənin inkişafındakı son illərin praqmatik göstəricilərindən danışmaq istərdim.Etibar Pirverdiyev uzun illər ölkənin energetika sektoruna rəhbərlik edib.Enişli-yoxuşlu bu müddətin müəmmalı və qaranlıq məqamları çoxuna sirr deyil.

Günü STP də başı isə şəxsi biznesinə qarışan Etibar Pirverdiyevin dönəmində mövcud olan elektrik stansiyalarının istehsal gücü ildən ilə aşağı düşür və mövcud enerji sektorunun səmərəliliyi günü-gündən azalırdı.Sıradan çıxan istehsal mühərrikləri və digər enerji blokları yenidən təmir edilib istehsalata geri qaytarılmaq əvəzinə lüzumsuz və gərəksiz “iş”ləri elan edilib tendərlər keçirərək dövlətin bu sahəyə ayırdığı pullar havaya sovrulurdu.

Məs Balababa Rzayevin “Azərenerji”ASC -ə rəhbər deyin edilməsi bu strateji sektorun inkişafındakı bir dönüş nöktəsi oldu.Qısa müddət ərzindəki həm rəqəm həmdə nəticə fərqlərinə nəzər salsaq həqiqətəndə Rzayevin energetika sektorunu yeni bir inkişaf mərhələsinə daşıdığı aşkar görünür.Müqayisə üçün təkcə bir stansiyanın istehsal gücünə nəzər salsaq pis olmaz.2018-ci ildə Xaçmazda yerləşən modul elektrik stansiyasının istehsal gücü 55-60 MV idi (10 mühərrik)Bu isə müəssisənin ümumi istehsal gücünün 70 faizini təşkil edirdi.2018-ci ildən sonra bu rəqəm 85 MV yüksəldildi.Yüksələn təkcə stansiyanın istehsal gücü deyildi.Bu müddət ərzində orada çalışan işçilərin əmək haqları 2 dəfə artırıldı.Bu rəqəmləri ölkənin digər elektrik müəssisələrində də müqayisə etmək olar.Ən zəruri islahatlar və işlər həyata keçirilərək energetika sektorundakı mövcud potensialın maksimuma qaldırılması təmin edildi.Zər qədrini zərgər bilər deyirlər.

Balababa Rzayev qısa zaman ərzində həm energetika sahəsinin təməl inkişaf perespektivlərini artırdı həmdə energetiklərimizin daha yüksək sosial təminatını təşkil etdi.Bu gün energetika sahəsindəki ən xırda bir istehsal müəssisəsində çalışan  xadimələr 400-500 manat əmək haqqı alır.

Ölkə başçısının göstərdiyi etimadı hər fürsətdə layiqi ilə təmsil edən Rzayevin işğaldan azad edilən Qarabağ bölgəsinin enerji təminatının qurulmasındakı uğurlu və səmərəli işlərinin də şahidi olduq.Açılışlarda prezidentin üzündəki məmnunluq və razılıqda məs bu fədakarlığın və əməyin bir təcəssümü idi.Ölkənin enerji sektorunda əbəs yerə Balababa Rzayevə energetikanın Babası demirlərmiş.Bu sahədəki bilik və bacarıqları həmçinin səmərəli fəaliyyəti ilə qısa müddət ərzində gördüyü işlərlə o bu ləqəbi artıqlaması ilə fəth edib.

Ümüd edək ki ,Balalaba Rzayev  bu uğurlu işgüzarlığını və bacarığını qoruyaraq bundan sonrada  energetikamızın inkişafına fayda qatacaq.

Samir Feyziyev.