Cəmiyyət

Azərbaycan Afrika ölkəsinə 100 min doza vaksin ianə etdi

Azərbaycan Afrika ölkəsinə 100 min doza vaksin ianə etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 6-da Azərbaycanın ianə etdiyi 100 000 doza “Sinovac” peyvəndi Burkina Fasoya çatdırılıb.

Bu barədə 7times.aza Xarici İşlər Nazirliyindən məlumat verilib.

İanə XİN-in tərkibində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA) əlaqələndirməsi ilə Burkina Fasoya çatdırılıb.

Afrika dövlətlərinin COVID-19 ilə mübarizəsinə Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstək göstərilməsi məqsədilə cari ilin sentyabr ayında irəli sürülən təşəbbüs təşkilatın sədri qismində Azərbaycan tərəfindən tam dəstəklənib və Prezident İlham Əliyevin müvafiq göstərişi ilə yardım məqsədilə 100 000 doza peyvənd təşkilatın İstanbulda keçirilən Sammitindən bir neçə gün öncə İstanbula çatdırılıb.

Təşəbbüsə dəstək olaraq Azərbaycanla yanaşı, Türkiyə 200 000, Özbəkistan 100 000 və Macarıstan 211 200 doza peyvənd ianə edib. Macarıstan tərəfindən Toqoya ianə edilən peyvəndlər də daxil olmaqla, ümumilikdə 611 200 doza peyvənd Türkiyə tərəfinin lojistik dəstəyi ilə dünən qeyd olunan Afrika dövlətlərinə təhvil verilib.

Qlobal səviyyədə COVID-19 ilə mübarizədə Azərbaycanın fəal rolu və ehtiyacı olan ölkələrə dəstəyinin nümunəsi olan bu töhfə, xalqımızın yardımsevərlik ənənələri əsasında cənab Prezident İlham Əliyev tərəfindən atılan növbəti humanist addımdır.