Cəmiyyət

Deputat Saleh Rüstəmli ilə bağlı Prezidentə müraciət etdi

Deputat Saleh Rüstəmli ilə bağlı Prezidentə müraciət etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat  Vahid Əhmədov aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Vahid Əhmədov 7times.az-a məlumatı təsdiqləyib.  O, Saleh Rüstəmovun səhhətinin ağır olduğunu deyib.
Müraciətində deputat Saleh Rüstəmovun I Qarabağ savaşında iştirak etdiyini vurğulayaraq qeyd edib ki, onun aclıq aksiyası keçirməsi cəmiyyətin geniş təbəqələrində ciddi naratlıq yaradıb: “Humanizm prinsiplərini əsas tutaraq Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləriniz çərçivəsində yardımçı olmağınızı xahiş edirəm”.

Müraciətdə bu təşəbbüsün “Saleh Rüstəmovun hüquqlarının müdafiə Komitəsi”ndən gəldiyi qeyd olunub.