İstanbulda toy mərasimi zamanı xoşagəlməz hadisə baş verib.
7Times.az Metbuat.az-a istinadən xəbər verir ki, bəy və gəlinə qızıl hədiyyələri təqdim edilərkən yaşanan hadisə hamını heyrətə gətirib. Yaxın dostu bəyə qızıl əvəzinə odlu silah verib. Bu zaman gəlin çox narahat olub və bəyə davranışı ilə etiraz edib. Bu hədiyyə qonaqları da narahat edib. Görüntülər yayılandan sonra məsələyə polis qarışıb. Bəyin evində axtarışlar aparılıb. Lakin silaha rast gəlinməyib.
Bəyin ifadəsinə görə, həyat yoldaşı silahdan narahat olduğu üçün o, hədiyyəni geri qaytarıb. Ardınca polis hədiyyəni təqdim edən şəxsin evində axtarış aparıb və silahı tapıb. Bəyin dostuna pul cəzası verilib.