İqtisadiyyat

Banklar Qarabağda xidmət göstərməyə hazırlaşır

backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə başlanılıb və konkret təkliflər planı hazırlanıb.

7times xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

“Biz bu məsələləri Azərbaycan Mərkəzi Bankı birlikdə icra edirik və Qarabağda yeni, innovatit ödəniş sistemləri üzərindən maliyyə-bank sisteminin xidmətlərinin təmin və təqdim edilməsini təşkil edəcəyik”, – o bildirib.

“Yaxın günlərdə Qarabağ Dirçəliş Fondu ilə birgə Qarabağda bank sektoruna dair konfrans-görüş keçirilməsini planlaşdırırıq. Bu görüş çərçivəsində bank-maliyyə xidmətlərinin təmin edilməsini və işğaldan azad edilmiş ərazilərə yeni investisiyaların cəlb edilməsini, burda fəaliyyət göstərən və göstərəcək şirkətlən, hüquqi və fiziki şəxslərə kreditlərinin verilməsi məsələlərini geniş müzakirə edəcəyik”, – deyə Z.Nuriyev əlavə edib.Axar.az