Milli Məclisin deputatı Vüqar Bayramovun mindiyi təyyarədə nasazlıq yaranıb.
Bu barədə 7times.az-a deputatın özü bildirib.
O qeyd edib ki, təyyarə bu gün Türkiyə saatı ilə saat 16.20-də İstanbuldan Milan şəhərinə uçmalı idi:
“Təyyarəyə minik bitdikdən sonra motor çalışmaları başladı, amma uçuşa başlarkən təyyarədə texniki problemlərin olduğu bəlli oldu. Uçuş xəttində olan təyyarə texniki xidmət bölümünə aparıldı. 2 saatlıq yubanma ilə texniki baxışdan sonra təyyarə havaya qalxa bildi. Hazırda TK 1875 saylı reys ilə Milana doğru uçuş həyata keçirilir”.
Follow @7timesaz