Koronavirusun ötən ay ilk dəfə Cənubi Afrika Respublikasında aşkar edilən “Omikron” variantı artıq dünyanın 70-dən çox ölkəsinə yayılıb. Bu ölkələr sırasında Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan və Rusiya da var.
“Omikron”un tezliklə sərhədlərimizə aşması narahatlığı var. Bəzi mütəxəssislər koronavirusun bu varinatının artıq Azərbaycanda yayıldığını iddia edirlər. Hətta onu laborator şəraitində müəyyənləşdirmək imkanın olmadığını düşünənlər də var.
7times.az xəbər verir ki, Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla deyib ki, pandemiya sərhəd tanımır:
“Pandemiya sərhəd tanımır. Virus aşkarlındıqdan qısa müddət sonra 42 ölkəyə yayıldı. Mutasiyaya uğramış formalarının da ildırım sürətinə yayılması artıq faktdır. Çünki karantin qaydalarında da nisbi yumşalmalar var”.
Həkim qeyd edib ki, “Omicron” ştammının Azərbaycanda yayılması istisna deyil:
“İstənilən halda pandemiyanın cəngindəyik, karantin şəraitində yaşayırıq və qaydaları gözləməliyik. Digər ştamlarla necə mübarizə aparmışıqsa, “Omicron”la da eyni üsulla mübarizə aparmalıyıq. Virtual olaraq ştammın artıq Azərbaycanda olmasını qəbul etməliyik”. Yenisabah.az
Follow @7timesaz