Cəmiyyət

Abid Şərifovun səs yazısı yayılan direktor bacısı qızı işdən çıxarıldı

Abid Şərifovun səs yazısı yayılan direktor bacısı qızı işdən çıxarıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yığması ilə bağlı yayılan səs yazısı bir neçə gündür gündəmi zəbt edib. Cəmiyyət tərəfindən ciddi narazılıqla qarşılanan hadisə ilə bağlı artıq direktor vəzifəsindən azad edilib.

Yenisabah.az-a daxil olan məlumata görə, bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Xatırladaq ki, Ceyran Quliyeva Baş nazirin sabiq müavini Abid Şərifovun bacısı qızıdır və deyilənə görə o uzun illərdir ki, məhz dayısının hesabına vəzifədə qalmışdı.