Cəmiyyət

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsi şəhidi, baş leytenant Hikmət Səfərovun atası İldırım Səfərov vəfat edib.

7times.az xəbər verir ki, şəhid atası oğlunun il mərasimindən bir gün sonra, dekabrın 9-da koronavirusa yoluxub və onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İldırım Səfərov vaxtilə Ağdam rayon Yusifcanlı kənd məktəbinin direktoru olub.

Əlavə edək ki, İldırım Səfərovun oğlu ötən ilin dekabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant uzun müddət komada qalmışdı. Ötən ilin dekabrın 8-də isə komadan ayılmayaraq şəhadətə qovuşmuşdu.

Şəhidlik zirvəsinə yüksələn zabit Səfərov İkinci Fəxri Xiyabanda dəfn edilib. Qafqazinfo