Xəbər verdiyimiz kimi, ötən gün Iğdır-Ankara marşrutu ilə hərəkət edən avtobusun Qars-Ərzurum yolunun Sarıqamış rayonu ərazisində aşması nəticəsində iki azərbaycanlı həlak olub.
7times.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, qəza nəticəsində həlak olanlardan Qəmər Niyazova Şərur rayonunun Dizə kənd sakinidir.
2002-ci il təvəllüdlü Qəmər, atası ilə Türkiyəyə gedirmiş. Evin yeganə övladı olan Qəmər nişanlı imiş.
Follow @7timesaz