Cəmiyyət

ETSN qum daşınması ilə bağlı Baş Prokurorluğa müraciət etdi

ETSN qum daşınması ilə bağlı Baş Prokurorluğa müraciət etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buzovna qəsəbəsinin çimərlik ərazisindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

7times.az-ın xəbərinə görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazinin Buzovna bələdiyyəsi tərəfindən vətəndaş Gündüz İsmayılovun istifadəsinə verildiyi və “Kamaz” markalı 21-BD-701, 90-DV-484 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə ərazidən 1012,5 m3 həcmində qanunsuz qum daşındığı və təbiətə 42 525 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.