Cəmiyyət

Silahla fotosu yayılan nazirlik əməkdaşı işdən çıxarıldı – RƏSMİ

Silahla fotosu yayılan nazirlik əməkdaşı işdən çıxarıldı – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin avtomat silahla fotosu yayılan vəzifəli şəxsləri ilə bağlı qərar verilib.

7times.az xəbər verir ki, bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən azad olunub. Müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Nazirlik rəsmisi əlavə edib ki, hər iki şəxs  İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə cərimə ediliblər.