Cəmiyyət

Tural Abbaslının toyu niyə təxirə salınıb? – Müavini açıqladı

Tural Abbaslının toyu niyə təxirə salınıb? – Müavini açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AĞ Partiya başqanı Tural Abbaslının dekabrın 22-nə təyin edilən toyu təxirə salınıb.

7times.Az xəbər verir ki, qaynarinfo-ya daxil olan məlumata görə, Tural Abbaslı karantin qaydalarına görə iki gün, iki gecə toy çaldıracaqmış. Birinci gün toya ailəsi və doğmaları, ikinçi gün isə siyasi partiyaların tanınmış simaları dəvət edilib. İkinci gün üçün nəzərdə tutulan toyun başlamasına bir neçə saat qalmış oğlan evi bütün dəvətlilərə toyun təxirə düşdüyün deyib.

Partiyanın başqan müavini Cavanşir Abbaslı açıqlamasında bildirib ki, toy karantin qaydalarının tələb etdiyi şərtlərə görə təxirə salınıb:

“Qonaqların sayı çox olduğundan dekabrın 22-ə ikinci bir toy mərasimi təyin edilmişdi. Yəni həmin gün siyasi elitanın tanınmış simaların iştirak edəcəyi 140 nəfərlik bir tədbir nəzərdə tutulmuşdu. Orada bizdən 150 nəfərdən artıq qonağın olmaması qaydasına əməl olunması tələb olundu və biz ona əməl edəcəkdik. Bu toyla bağlı biz müraciəti dekabrın 19-da etdik. Karantin qaydalardan biri də budur ki, ən azı 5 gün əvvəl portaldan qeydiyyatdan keçmək lazımdır. Biz isə 3 gün əvvəl müraciət etmişdik və oradan bizə tədbirin keçirilməsinə yardımçı ola biləcəklərini bildirdilər. Biz də ümidləndik və insanlara dekabrın 22-si üçün dəvətlər göndərdik. Amma dekabrın 21-də bizə həmin restorandan zəng gəldi ki, “toy mərasimini portalda qeydiyyatdan keçirə bilmədik və burada heç bir qərəz yoxdur. İstəyirsiniz, başqa vaxta təyin edin”. Ona görə də belə vəziyyət yarandı və sosial şəbəkələrdə də məlumat yayıldı ki, Tural Abbaslının toyuna qadağa qoyulub. Əsla belə deyil”.

Cavanşir Abbaslı onu da əlavə edib ki, Tural Abbaslının siyasi elitanın tanınmış simaları üçün nəzərdə tutulan toy mərasiminin yaxın ayların birində keçirilməsi planlaşdırılır.

Milli.Az