Cəmiyyət

Eldəniz Səlimovun deputat mandatı ƏLİNDƏN ALINDI

Eldəniz Səlimovun deputat mandatı ƏLİNDƏN ALINDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Milli Məclisin deputatı Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov “Unikal”a açıqlamasında E.Səlimovun deputat səlahiyyətlərini itirdiyini bildirib:

“Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Azərbaycan Respublikasının 89-cu maddəsinin tələbinə uyğun olaraq deputat mandatından məhrum edilir və deputatlıq səlahiyyətlərini itirir”.