Hər bir bürcün özünəməxsus xarakteri olur. Bəs hansı bürc partnyorunu yarı yolda qoyur? Hansı bürcə güvənmək olmaz?
Qoç – Əgər onun hər istədiyini etsəniz, həddindən artıq sahiblənsəniz və azadlığını məhdudlaşdırmağa çalışsanız, sizi aldadacaq. Onlar həyəcan axtarır. Davamlı olaraq eqosunu təmin etmək arzusunda olan bu bürcün nümayəndələri diqqət göstərildiyi təqdirdə dərhal üz döndərə bilərlər. Qoçlar alovlu bürclər olsalar da, çox vaxt qeyri-qanuni əlaqələrdən uzaq olmaq istəyirlər. Amma həyat yoldaşlarından vəfasızlıq görsələr, xəyanət edə bilərlər.
Buğa – Çətin ayrılır. Maddi baxımdan sizə qarşı güvənsizlik hiss edərsə və cinsi ehtiyacları təmin edilməzsə, aldatmağa meyllənə bilərlər. Bu bürcün nümayəndələri adətən sədaqəti ilə tanınırlar, amma qarşı tərəfin ona xəyanət etdiyini öyrənərlərsə, eyni addımı atarlar.
Əkizlər – Bir dəqiqədə unudurlar. Qışqanclığı və deyinməyi sevmirlər. Bunları etsəniz, sizi yarı yolda qoyф bilərlər. Onlar üçün ehtiras və sevgi aldatma səbəbi deyil. Cinsi münasibətdən çox intellektual söhbət onları yoldan çıxarır.
Xərçəng – Onlardan qaçsanız, sizə doğru gələrlər. Amm ardınca düşsəniz, sizdən soyuyarlar. Onlar mütəmadi olaraq diqqət və qayğı istəyirlər. Əgər bunu etməsəniz, aldada bilərlər. Sadiq bürcdürlər, günahkar hiss etməyə meylli olduqları üçün asan-asan yoldan çıxmazlar.
Şir – Qürurludurlar, səhvləri bağışlamazlar. Onların liderlik ruhları zədələnən, gözlədiyi qayğını görməyən şirlər özünə uyğun başqa birini axtarmağa başlayar. Şirlər diqqət mərkəzində olmağı sevdikləri qədər də özgüvənsiz olurlar.
Qız – Özü kimi bir həyat yoldaşı istəyər. Əgər ona qarşı diqqətsiz davransanız və intellektual, mədəni səviyyəsinə uyğunlaşa bilməsəniz, sizi tərk edər, ya da aldadar. Onlar fiziki deyil, daha çox duyğusal xəyanətlərə yol verirlər. Qız bürclərinin anidən tərk etmə səbəbi isə münasibətlə bağlı hər addımı atıb istədiyi effekti almamalarıdır. Ayrıldıqları insana əsla geri qayıtmırlar.
Follow @7timesaz
Tərəzi – Həmişə gözəl, baxımlı olan bu bürclər qarşısındakının da eyni olmasını istəyir. Əgər baxımsız, kobud və geridüşüncəli birisinizsə, hər an tərk edilə bilərsiniz.
Əqrəb – Onlar münasibətlərindəki nəzarətin daim öz əllərində olmasının tərəfdarıdırlar. Əgər sizi idarə edə bildiyinə inanırsa, problem yoxdur. Amma siz də hər zaman onları idarə etməlisiniz, hər an yanlış yollara meyllənə bilərlər. Ehtiraslı əqrəblərin xəyanət etmə ehtimalları çoxdur.
Oxatan – Münasibətlərində məntiq axtarırlar, eqoları yoxdur. Hərəkətli və sosial adamlardılar. Əgər siz də belə deyilsinizsə, sürətlə uzaqlaşmaq istəyəcəklər. Oxatanları cəzbedən önəmli şeylərdən biri həyəcandır. “Görəsən onu gözləyən, böyük sevgi, macəra varmı” deyə maraq içində olarlar.
Oğlaq – Ən çətin ayrılan bürclərdir. Ailəsinə, valideynlərinə, yaxınlarına çox dəyər verirlər. Ailəsi ilə bağlı edə biləcəyiniz hər hansı səhv, sizdən uzaqlaşmalarına səbəb olar. Həmçinin partnyorlarından mütəmadi olaraq dəstək görmək arzusunda olurlar. Özünü maddi baxımdan güvəndə hiss etmirsə, tərk edilə bilərsiniz.
Dolça – Onların azadlığını məhdudlaşdırsanız, həyatına müdaxilə etsəniz və ya dost ətrafına düzəlişlər etməyə cəhd etsəniz, xəyanət edə bilərlər. Özünə ehtiyacın olduğunu hiss etməyi sevən dolçalar çox romantik deyil. Adətən aldadılan tərəf olurlar. Aldadan tərəf olmaları üçün fiziki təsirdən daha çox, duyğusal baxımdan bağlanmalıdırlar.
Balıq – Dəyişkən quruluşlu olan bu bürcün nümayəndələrinin anlıq duyğularına tərs hərəkət sərgiləməyiniz sizi yarı yolda qoyması üçün əsas səbəbdir. Onu yoldan çıxaran şey özgüvən yetərsizliyidir.
(sfera.az)