İlk dəfə olaraq İngiltərə kraliçası II Elizabetanın yuxu rejimi məlum olub.
Kraliça ailəsinə yaxın şəxslərdən informasiya əldə edən mənbə iddia edir ki, II Yelizaveta ilk növbədə eyni vaxtda yatmağa çalışır.
“Bir qayda olaraq, yatmazdan əvvəl bir stəkan şampan içir, sonra yataqda bir az kitab oxuyur və axşam saat 23:00-da yuxuya gedir. Kraliça səkkiz saat yarım yatır və səhər saat 7:30-da yuxudan oyanır”, – məlumatda qeyd olunur.
Follow @7timesaz
Digər məlumatda isə bildirilir ki, II Yelizavetanın əri Şahzadə Filip sağ olanda cütlük ayrı yataq otaqlarında yatıblar.
Mütəxəssislərin fikrincə, bu, onlara sağlam yuxu yatmağa kömək edib. Belə ki, tərəflərdən birinin xoruldaması və hərəkətləri digər şəxsin dərin yuxuya getməsinə mane olur.