Slovakiyada uçan maşın satışa çıxarılacaq.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2500 metrdən çox hündürlüyə qalxa bilən və saatda 200 kilometr sürətlə uçan avtomobil bu yaxınlarda təqdim olunacaq.
Quruda və göydə məsafələr qət edə bilən bu maşına “AirCar” adı verilib. Slovakiyada təhlükəsizlik testlərindən keçdikdən sonra rəsmi sertifikat da alıb.
Follow @7timesaz