Dünya

Kim Çen In maşınındakı tualetini də mühafizə etdirir – SƏBƏB

Kim Çen In maşınındakı tualetini də mühafizə etdirir – SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In ictimai tualetə güvənmədiyi üçün səfərlərdə şəxsi tualetini özü ilə aparır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bundan başqa, siyasətçi hətta avtomobilinə tualet quraşdırmağı da tapşırıb.

Mənbələrin bildirdiyinə görə, Kim Çen In qorxur ki, nəcisi analiz edərək düşmən kəşfiyyatçıları onun səhhətinin vəziyyətini öyrənə bilərlər. Şimali Koreya liderinin şəxsi tualetlərinin mühafizə altında olduğu da bildirilir. Onlardan istifadə edən hər kəs ölüm cəzasına məhkum edilə bilər.

“Kim Çen Inın təkcə şəxsi qatarında deyil, ölkəni gəzdiyi maşınlarda, hətta dağlıq ərazi və ya qar üçün nəzərdə tutulmuş xüsusi avtomobillərdə də tualetlər var”, – açıqlamada vurğulanır.

Mətbuatın yazdığına görə, siyasətçi səhhətinin qayğısına qalır və hazırda pəhriz saxlayarkən qidalanmasına nəzarət edir. Düzdür, o, spirtdən, İsveçrə pendirindən və xərçəngdən imtina etməyib.