Dünya

İsveç alimləri qarğaları küçədən siqaret kötüklərini yığmağı öyrədib

İsveç alimləri qarğaları küçədən siqaret kötüklərini yığmağı öyrədibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsveş startapı ( yeni biznes-ideya və texnoloğiyaya əsaslanan gənc, inkişaf edən şirkət) qarğalara küçələrə atılan siqaret kötüklərii götürüb müəyyən edilən yerlərə aparmağı, bu zaman onları yemləməklə mükafatlandırmağı nəzərdə tutan metod işləyib hazırlayıb.
Siqaret kötükləri dünyada ən geniş yayılan zibil sayılır. Asfalt üzərinə atılan bu kötüklər bir çox şəhərlərdə süpürgəçiləri və, sadəcə, yoldan ötənləri bezdirib.
National Geografic-in qiymətləndirməsinə görə, hər il dünyada küçələrə 4, 5 trilyon siqaret kötüyü atılır ki, bu da olimpiya ölçülərində olan bir neçə yüz hovuzu doldura bilər.
Yeri gəlmişkən, tərkibində arsen, qurğuşun və nikotin olan siqaret filtrləri 10 il müddətinə parçalanır.
İsveç də istisna deyil. Keep Sweden Tidy-ın məlumatına görə, hər il İsveç küçələrinə bir milyarddan artıq siqaret kötüyü atılır ki, bu da ölkənin bütün zibilinin 62 faizini təşkil edir.
Təkcə Stokholmun cənub-qərbində yerləşən balaca Sedertelye şəhərciyi belə kötüklərdən qurtulmaq üçün 20 milyon İsveç kronu (təxminən 37 milyon manat) xərcləməli olur.
Lakin bu şəhərciyin rəhbərləri məsələyə yaradıcı yanaşmaq qərarına gəlib. Yerli Corvid Cleaning startapı bu işə qarğaları cəlb etməyi düşünüb.
“Bu vəhşi, amma ağıllı quşlar bizim layihəmizdə könüllülük əsasında iştirak edəcək”, – The Gardian-a verdiyi müsahibəsində Corvid Cleaning-in banisi Kristian Hünter-Hansen danışıb.
Alimlərdə bu ideya uğurlu alınıb. Hünter-Hansenin sözlərinə görə, qarğalar şəhərin siqaret kötüklərindən təmizlənməsinə çəkilən xərcləri 75 faiz azaltmağa imkan verəcək.
Bu, qarğaları faydalı işlərə çəlb etməyin ilk cəhdi deyil. New York Times-ın məlumatına görə, 2018-ci ildə altı qarğa Fransada əyləncələr parkında siqaret kötüklərini toplamağı öyrənib. Lakin orada parkın rəhbərliyi bunu daha çox təbliğata hesablayıb, yəni ziyarətçilər qarğalara baxıb, daha az zibilləyəcəkdilər.