Minlərlə adam ən nəhəng təyyarəyə baxmağa gəldi – VİDEO
7Times.az virtualaz.org-a istinadən xəbər verir ki, Ukraynanın nəhəng An-225 “Mriya” təyyarəsi Danimarkaya üçüncü uçuşunu həyata keçirib. Hadisə Avropa ölkəsində ciddi maraq doğurub. Bu barədə yerli “Kristeligt Dagblad” qəzeti məlumat yayıb.
An-225 “Mriya” dünyanın ən böyük yük təyyarəsidir. Onun Danimarkanın Billund şəhərindəki hava limanında enişini minlərlə tamaşaçı izləyirdi. Onların çoxu başqa ölkələrdən – Almaniya, Finlandiya, Böyük Britaniya və Norveçdən gəlib.
Təyyarə, COVID-19 epidemiyasının yeni dalğasının ortasında Çindən Danimarkaya çox vacib bir yük çatdırıb. Söhbət 2,5 milyon evdə koronavirus test dəstindən gedir. Danimarka hakimiyyəti xəstəliyin erkən aşkarlanması və yayılmasının qarşısının alınması üçün onları müxtəlif şəhərlərə paylamaq niyyətindədir. An-225 fevralın 4-ü cümə günü axşam Danimarkaya eniş edib. Bir gün keçməmiş o, Qostomeldəki “Antonov“ aerodromuna enərək Ukraynaya qayıdıb.
Bildirilirdi ki, təyyarənin göyərtəsində Ukrayna ordusu üçün Danimarka silahları ola bilər. Lakin bu məlumat təsdiqini tapmayıb.
An-225 “Mriya” (NATO kod adı “Cossack”) dünyanın ən böyük nəqliyyat təyyarəsidir. O, 224 rekordun sahibi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. İndiyə qədər cəmi bir dənə belə təyyarə istehsal edilib. Təyyarənin uzunluğu 84 m, qanadlarının açıqlığı isə 88 m-dən çoxdur. An-225-in maksimal sürəti 850 km/saat, maksimum faydalı yükü isə 250 ton təşkil edir.
Follow @7timesaz