Cəmiyyət

Azərbaycanda insanlar çipləşəcək? – TƏBİB-dən açıqlama – VİDEO

Azərbaycanda insanlar çipləşəcək? – TƏBİB-dən açıqlama – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çipləşdirmə, yəni nişanlama məsələləri artıq modern dünyanın bir istiqamətinə çevrilib. Yəqin insanlar ona görə bu tip şeylər fikirləşirlər. Hətta bəziləri könüllü şəkildə gedib öz uşaqlarını və özlərini çipləşdirirlər. Bilmirəm, müxtəlif məqsədlərlə bu iş ola bilər. Çox təəssüf ki, insanlar koronavirusun vaksini haqqında fikirləşəndə dərhal onların fikirlərinə çipləşmə məsələsi gəlir”.

7times.az xəbər verir ki, bu sözləri İTV-nin “Diqqət mərkəzi” verilişinin qonağı TƏBİB Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib. O qeyd edib ki, çiplə bağlı səslənən fikirlərin heç bir əsası yoxdur:

“Çünki insanları çipləmək istəsələr, onu başqa üsullarla edərdilər. Ən azından körpələrə vurulan vaksinlərin tərkibində edilə bilərdi. Daha bu cür bütün kütləyə nəzərdə tutulan bir preparatla bu addmı atmazlar. Bunlar hamısı əsassızdır, kimlərin ortaya atdığını və burada nə kimi məqsədlərinin olduğunu deyə bilmərəm.

Sosial şəbəkələrdə belə fikirlər çox sürətlə yayılır. Alimlərin, mütəxəssislərin dediklərinə heç fikir vermirlər. Kimsə sensasion fikir ortaya atanda hər kəs psixoloji olaraq ona doğru reaksiya göstərir. Hamı da özünü qorumaq istəyir ki, guya koronavirus peyvəndi ilə insanlara nəzarət edəcəklər. İnsanlar onu bilməlidirlər ki, ilk növbədə vaksin tələbatı çox böyükdür. Təqribən 7 milyard əhalinin 5 milyardı bu vaksini gözləyir. Həmin vaksin isə hazırda əldə yoxdur. Bu çipləşdirmə yersiz söhbətlərin mövzusudur”.

(Çipləşmə haqda videonun 17-ci dəqiqəsində)