Dünya

Ermənistanda daşınmaz əmlak alan Azərbaycan vətəndaşları kimlərdir? – AÇIQLAMA

Ermənistanda daşınmaz əmlak alan Azərbaycan vətəndaşları kimlərdir? – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan Kadastr Komitəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşları Ermənistanda azı 6 daşınmaz əmlaka sahibdir. Bildirilib ki, 2010-2021-ci illərdə 71 Türkiyə və 6 Azərbaycan vətəndaşı əmlaka sahib olmaqla bağlı qeydiyyatı rəsmiləşdirib. Azərbaycan vətəndaşları 2012-ci ildə Ermənistanda 2, 2018 və 2019-cu illərdə isə 1 mənzil alıb. 2012-ci ildə mənzillərdən biri Azərbaycan vətəndaşına pay kimi verilib, daha bir ictimai əhəmiyyətli obyekt də bu ölkənin vətəndaşına satılıb.
Maraqlıdır, Azərbaycan vətəndaşları Ermənistanda hansı formada əmlaka sahib ola bilirlər?
Bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev xatırladıb ki, Azərbaycan tolerant dövlətdir və burada müxtəlif xalqların nümayəndələri yaşayır:
“Təkcə Bakıda qeyri-rəsmi statistikaya görə, 30 mindən çox erməni milliyyətindən olan Azərbaycan vətəndaşı var – bəziləri ad-soyadlarını dəyişsə də, erməni soyadında qalanlar da mövcuddur. Düşünmürəm ki, bu gün ölkəmizdə yaşayan Azərbaycan türkləri, talış, avar, tat kimi xalqın nümayəndələrindən hər hansısa biri, Ermənistanda əmlak sahibi olmağa maraq göstərsin. Ermənistan Kadastr Komitəsi məlumatı yayır, amma  onların kimliyi haqqında bilgi vermir. Fikrimcə, bu, belə bir halda ola bilər ki,  erməni milliyyətindən olan Azərbaycan vətəndaşları orada hər hansı mənzil almaq üçün pul xərcləyərlər. Əks halda, heç bir şəxs bu riskə getməz. Eynilə Türkiyədə yaşayan ermənilər də oxşar addımları ata bilərlər. Bunları da yalnız şəxsi fikir kimi irəli sürmək mümkündür”.
Müsahibimiz qeyd edib ki, Azərbaycanda sonradan vətəndaşlıq alan xarici vətəndaşlar da Ermənistanda əmlak sahibi ola bilərlər:
“Yerli əhali tərəfindən isə, dediyim kimi, belə addımın atılması gözlənilən, inandırıcı deyil. Bu gün Azərbaycan ərazisində – Xankəndində, Xocalıda müəyyən sayda ermənilər qalıb. Müəyyən proseslərdən sonra onlar da Azərbaycan vətəndaşlığını alacaq, burada yaşayacaqlar. Gələcəkdə də yəqin ki, hansısa erməni vətəndaşının Azərbaycanda əmlak alması və ya Azərbaycan vətəndaşının Ermənistanda əmlak alması normal hal olacaq.  Dünyada baş verən proseslər bunu tələb edir”.