Maraqlı

Evliliyin hansi dövrü BÖHRANLI OLUR?

Evliliyin hansi dövrü BÖHRANLI OLUR?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər.

Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub. Boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır.

Ümumiyyətlə, evliliyin ilk 6 ayı, 5 ili və 15-ci ili böhranlı illər hesab olunur. Bu illəri necə keçməli olduğunu bilməyən bəzi evli cütlüklər boşanmanı çıxış yolu kimi seçir. Böhran dönəmlərində necə davranmalı olduğunu bilən cütlüklər isə uğurlu evlilik həyatına davam edə bilir.

Aralarında sevgi bağı olmayan cütlüklərin bir evliliyi xoşbəxt yaşaması imkansızdır

Gencaile.az bildirir ki, türkiyəli psixoloq Ahmet Tuğrul Dəmirin bu barədə müəyyən tövsiyələri var. Onun fikrincə, hər evlilikdə gözlənilə bilən böhran dönəmlərini sağlıqlı şəkildə keçmək, evliliyin xoşbəxt və hüzurlu bir şəkildə davam etməsinə imkan yaradır:

“Evlilikdə problemlərin çox yaşandığı illər çətin olsa da, böhran zamanlarını düzgün keçdikdən sonra problemləri həll etmək asanlaşır. Evlilik qərarı verən cütlüklər biri-birindən sevgi, hörmət, sədaqət, münasibət mövzusunda nə gözlədiklərini yaxşı bilməlidir. Bu mövzularda razılığa gəlmədikdə evliliyin ilk illərində problemlər başlayacaq. Aralarında sevgi bağı olmayan cütlüklərin bir evliliyi xoşbəxt yaşaması imkansızdır”.

Psixoloq hesab edir ki, evlənən cütlüklərin ilk altı ayına baxdıqda, onların evlilik həyatına yeni alışmağa başladığını görərik. Bu dönəmdəki ən böyük risk arvadın valideynlərindən heç cür qopa bilməməsidir. Özlərini hələ də ana və atası ilə bağlı hiss edən cütlüklər yeni bir ailə qurduqlarının fərqində deyillər. Bu durum problemlər yaradır: “Hələ valideynlər də övladlarının yaxasını buraxmayıb daim qarışarlarsa, problemlərin içindən çıxılmaz bir hal yaranır. Təbii ki, ilk 6 ayda, arvadların keçmişdəki yaşam tərzlərindən yan keçə bilməmək inadı da təsirlidir. Necə ki, kişilər də öz dostları ilə gecələr yığışıb harasa gedərək həyat yoldaşlarını ihmal edirlər. Bu dönəmi uğurlu keçməyin yolu evliliyə valideynləri qarışdırmamaq, ər-arvadın öz aralarında mütləq yaxşı ünsiyyət qurması və əlbəttə, “Mən artıq evliyəm” fikrini ağıllarına yerləşdirməsidir”.

Ən ağrılı müddət isə evliliyin ilk 2-3 ilinə düşür

Psixoloq deyir ki, evliliyin birinci ili evlilik həyatının məsuliyyətinin yavaş-yavaş hiss etdirdiyi dönəmdir: “Evli olmaq üçün evlənənlərin ən çətin keçirdiyi dönəmdir. Keçmiş üçün insan darıxar, məhdudiyyətlər insanı boğar. Hələ uşağın dünyaya gələcəyini gözləyirlərsə, qadının başında hər şey qarışa bilər. Digər önəmli bir problem bu dönəmdə cütlüklərin evlilikdə öz rahatlığına önəm verməsidir. Evliliyin ən ağrılı olduğu və cütlər arasında problemlərin olduğu dönəm evliliyin ilk 2-3 ilinə düşür. Bu, xüsusilə, uşaqlı cütlüklərin böhran dönəmidir. Yeni qurulan ailədə körpə dünyaya gəlir və tərəflər biri-birinə vaxt ayıra bilmirlər. Şəxsi həyatları sıfırdadır. Harasa getmələri mümkün deyil. Uşağın tərbiyəsi ilə bağlı aralarında mübahisələr yaşanır. Bu dönəmdə kişi evdən bir qədər uzaq durur. Qadın isə uşağa baxdığı üçün buna fürsət tapa bilmir. Bu dönəmi keçmək üçün uşağın varlığı böyük faktordur. Ancaq bizim evli cütlüklərə tövsiyəmiz odur ki, sizə problem yaradan uşaq bir müddət sonra evinizin dadı, duzu, əvəzolunmazı olacaq. Biri-birinizə ən çox anlayışı bu dönəmdə göstərməlisiz”.

A.T.Dəmir də evliliyin beşinci ilini çox böhranlı hesab edir. Onun sözlərinə görə, bu dönəm danışılmamış, açılmamış problemlərin gün üzünə çıxdığı dönəmdir. Ər-arvadın biri-birini günahlandırmağa başladığı və cavabdeh axtarmağa başladığı bu dönəmdə, sədaqətsizlik də ortaya çıxar. Xəyanətə sürükləyən şey də açılmamış problemlər, rəngsiz şəxsi həyatdır. Bu dönəmi keçməyin yolu cütlüklərin xatirələrindəki anlardır. Boşanmaq asan yoldur. Amma itirəcəkləriniz çoxdur. Birlikdə tətilə çıxmaq və yeni anları xatirələrə buraxmaq ən müsbət seçimdir.

Onun sözlərinə görə, cütlüklərdə biri-birinə uyğunlaşmanın son nöqtəsi evliliyin 15-ci ilidir: “Əgər 15 il boyu problemlər həll olunmamış və böyümüşsə, bu müddət boyunca biri-birinə birtəhər dözməli olan cütlüklər ayrılmağı seçər.

Çünki artıq uşaqları da böyüyüb və özlərini yalnız daha yaxşı hiss edəcəklərini düşünürlər. 15 ildən sonra qadında menopauza, kişidə yaş keçidi ortaya çıxar. Bunlar da böhranı yaradan ünsürlərdir. Bu dönəmi keçməyin yolu da artıq həyat dostu olduğunuzu unutmamaqdır. Sizi ondan yaxşı tanıyan kimsə yoxdur. Bunun qiymətini bilmək lazımdır”.