Ukrayna prezidenti Vladimir Zelenski müvafiq fərman imzalayaraq, Ali Baş Komandanın qərargahının sədri olub.
Sonxeber.az-ın məlumatına görə, bu barədə prezidentin rəsmi saytında dərc olunan sənəddə deyilir.
“Ukrayna Silahlı Qüvvələrinin, digər hərbi birləşmələrin və hüquq-mühafizə orqanlarının strateji rəhbərliyini təmin etmək üçün Ali Baş Komandanın qərargahını formalaşdırmaq qərarına gəlirəm”, – deyə fərmanda qeyd olunur.
Bundan əvvəl Zelenski bildirib ki, Rusiya və Ukrayna arasında “gec-tez” söhbət hərbi əməliyyatların dayandırılması ilə bağlı olacaq.
Follow @7timesaz