Aktual

UKRAYNA ORDUSU BU ŞƏHƏRİ GERİ ALDI – Bu şəhər işğal olundu, Kiyev və Xarkovda isə… + VİDEOLAR (Yenilənib)

UKRAYNA ORDUSU BU ŞƏHƏRİ GERİ ALDI – Bu şəhər işğal olundu, Kiyev və Xarkovda isə… + VİDEOLAR (Yenilənib)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya işğalçıları tempi azaltsa da, Ukraynada müxtəlif istiqamətlərdə uğur əldə etməyə səy göstərirlər”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın hərbi və mülki obyektlərə hava hücumları davam edib: “Beynəlxalq humanitar hüququ pozan işğalçılar Ukraynanın Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket zərbələri endiriblər. Bütün hallarda Rusiyanın hərbi əməliyyatlarla bağlı cəhdləri uğursuz olub”.

Nazirliyin informasiyasına görə, fevralın 28-də Ukrayna ordusunun artilleriya atəşi nəticəsində Rusiyanın hərbi texnika və canlı qüvvəsindən ibarət 5 karvan məhv edilib.

“Düşəmən demoraliza olunub və böyük itkilər verir. Onlar arasında fərarilik və tabesizlik halları artıb. İşğalçılar bizdən qorxur. Ukraynanın müdafiəsi gücləndirilib”, – Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

***

“Ukrayna silahlı qüvvələri gün ərzində yaşayış məntəqəsini zəbt etməyə cəhd edən rus qoşunlarını Donetsk vilayətinin Volnovaxa şəhərindən çıxarıb. Mariupol şəhəri müdafiəni davam etdirir, Zaporojye vilayətində Berdyansk müvəqqəti olaraq düşmənin nəzarətinə keçib”.

Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.

“Düşmən bu gün (dünən-red) Volnovaxanı işğal edib, səylərini əsas zərbənin endirilən yerində cəmləyib, lakin Ukrayna Silahlı Qüvvələrinin əks-həmləsi sayəsində Volnovaxa geri alınıb. Və bizim qoşunlarımız indi oradadır. Onlar Volnovaxanın cənubunda problemləri lokallaşdırırlar. Mariupol tab gətirir, problem yoxdur”, – o deyib.

O, həmçinin Zaporojye vilayətinin Berdyansk şəhərinin Rusiyanın nəzarətinə keçməsi ilə bağlı vəziyyəti izah ediblər: “Berdyansk düşmən tərəfindən işğal olunub, orada bizim qoşunlarımız yox idi. Şəhəri Melitopoldan Mariupola doğru hərəkət edən silahlı qruplaşma ələ keçirib. İndi oradadırlar”.

Səhər tezden Kiyev və Xarkovda yenidən partlayış səsləri eşidilir.

Bu barədə Xüsusi Rabitə Dövlət Xidməti xəbər verib.

“Bundan əvvəl Ukrayna paytaxtında bir neçə saat sakitlik hökm sürüb”, – deyə məlumatda vurğulanıb.

Xarkovdakı yerli “Telegram” kanallarında şəhərdə Ukrayna hava hücumundan müdafiə sisteminin fəaliyyət göstərdiyi və Rusiya ordusunun hücumlarını dəf etdiyi bildirilir.

“Xarkov Life”ın məlumatına görə, Rusiya qoşunları şəhərin hava limanını və yaşayış məntəqələrini atəşə tutur. Hələlik xəbərin rəsmi təsdiqi yoxdur.

Bu arada işğalçı Rusiya ordusu Çerniqovda yaşayış binasına raket atıb.

Hadisə nəticəsində yanğın başlayıb. Bir qadının xəsarət aldığı bildirilir.

Məlumata görə, yanğın hündürmərtəbəli binanın birinci və ikinci mərtəbəsində baş verib.