Kaliforniya sakini olan xanım meydançada məşq edərkən kişilərin onun bədən quruluşu ilə bağlı reaksiyalarını gizlicə lentə alıb.
7Times.az Daily Mail-ə istinadən xəbər verir ki, internetdə yayımlanan kadrlarda 21 yaşlı Luna Montana izah edib ki, ilk fiqurlu konkisürmə dərsini videoya çəkməyə qərar verir.
Görüntüləri çəkərkən qız pərdə arxasında iki yetkin kişinin onun fiqurunu müzakirə etdiyini eşidib.
“Bilirsən, o, yarıçılpaqdır. Onun cəmi 15 yaşı var. Demək istədiyim odur ki, o, 15 yaşında görünür, amma yəqin ki, 17 yaşındadır”, “Gənc qadınlar adətən seksuallıqlarını göstərmək istəyirlər”, “Bu yaxşı deyil, 52 yaşım var, ailəliyəm” deyə kişilər deyib.
İzləyicilər isə şərhlərdə kişilərin davranışını tənqid ediblər. “Ən pisi odur ki, bunlar kiminsə atalarıdır”, “Yaşlı kişinin yeniyetmə qızlara alüdə olduğunu deməsi məni iyrəndirir” – deyə istifadəçilər qəzəbləniblər.