Aktual

Rus oliqarxı: “Ukraynadakı müharibə dünya ərzaq böhranına gətirib çıxaracaq…”

Rus oliqarxı: “Ukraynadakı müharibə dünya ərzaq böhranına gətirib çıxaracaq…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə dayandırılmasa, dünyada ərzaq böhranı yetişəcək, çünki gübrələrin qiyməti o qədər sürətlə artır ki, bir çox fermerlər artıq onu əldə edə bilmir.

Moderator.az xəbər verir ki, bunu gübrə istehsalı ilə məşğul olan rusiyalı milyarder Andrey Melniçenko bəyan edib.
O, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra sülhə çağırış edən bir neçə ən varlı rusiyalı biznesmenlərindəndir. Onların sırasında Mixail Fridman, Pyotr Aven və Oleq Depiraska da var.
Qərb Putini tutduğu yoldan döndərmək üçün rusiyalı biznesmenlərə qarşı, o cümlədən Avropa İttifaqı Melniçenkoya qarşı sanksiyalar tətbiq edib, dövlət aktivlərini dondurub və Rusiyanın korporativ sektorunun çox hissəsini dünya iqtisadiyyatından ayırıb.
“Ukraynadakı hadisələr həqiqətən faciəlidir. Bizə təcili sülh lazımdır”, – bunu Melniçenko “Röyters” agentliyinə deyib. Agentlik vurğulayıb ki, Melniçenko miliiyyətcə rusdur, amma Belarusda doğulub, anası isə ukraynalıdır.
“Bu böhranın qurbanlarından biri də kənd təsərrüfatı və ərzaq olacaq”, – Melniçenko deyib.
O, Rusiyanın ən böyük gübrə istehsalçılarından olan və 2015- ci ildə İsveçrənin Tsuq şəhərinə köçürülən “Avrokimya” şirkətini və Rusiyanın ən böyük “SKEK” (Sibir kömür energetika şirkəti) şirkətinin əsasını qoyub.
Bu günlər Vladimir Putin xəbərdarlıq edib ki, əgər Qərb dünya istehsalının 13 faizini təşkil edən Rusiyanın gübrə istehsalına problemlər yaradarsa, dünyada ümumi qiymət artımı fonunda ərzağın da qiyməti qalxacaq.
Rusiya kənd təsərrüfatı bitkiləri və torpaq üçün əsas qida maddələri olan kalium, fosfor və azottərkibli gübrələrin ən böyük ustehsalçısıdır. “Avrokimya” gübrə istehsalı üzrə dünyanın ən böyük şirkətlərindən biridir.
Melniçenko deyib ki, koronavirus pandemiyası səbəbindən pozulan ərzaq tədarükü hazırda daha da çətinləşib.”İndi bu, Avropada ərzaq inflyasiyasını daha da artıracaq və dünyanın ən kasıb ölkələrində qıtlıq yaradacaq”, – o, belə deyib.
Bu ayın əvvəlində Rusiyanın ticarət və sənaye nazirliyi gübrə istehsalçılarına müvəqqəti olaraq öz məhsullarını ixrac etməyi qadağan edib.
Ötən həftə Avropa İttifaqı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən Melniçenkoya qarşı sanksiyalar tətbiq edib. Məmurların sözlərinə görə, Putinin Kremldə Rusiya sənayeçiləri və sahibkarları ittifaqı tərəfindən təşkil edilən 36 biznesmenlərlə görüşdə oliqarxın iştirakı göstərib ki, o, “iqtisadi sektorlarda çalışan aparıcı biznesmenlərdən biridir”.
Melniçenkonun “Ukraynadakı faciəli hadisələrə heç bir aidiyyəti yoxdur. O, heç bir siyasi əlaqlərə malik deyil”, – onun mətbuat katibi belə deyib.
Martın 9- da Melniçenko “Avrokimya” və “SKEŞ” şirkətlərinin direktorlar şurası üzvlüyündən istefa verib, həmçinin onların benefisiarlarının tərkibindən çıxıb.
“Avrokimya”nın Rusiyada, Litvada, Belşikada, Braziliyada və Qazaxıstanda istehsal aktivləri var.
Ötən həftə İtaliya polisi Melniçenkoya məxsus 143 metrlik və dəyəri 530 milyon avro olan yelkənli yaxtasını müsadirə edib.