Maraqlı

Ucuz avtomobill istehsalı ilə bağlı 10 cəhd

Ucuz avtomobill istehsalı ilə bağlı 10 cəhdbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucuz avtomobill istehsalı ilə bağlı 10 cəhd. Bəzən yetərincə pul olmasa da, sürmək istəyi yenilməz olur.

İqtisadiyyatın çat verdiyi vaxtlarda insanlarımız mağazalardan un almağa tələsirlər. Uzaqgörən avropalılar isə belə hallarda daha ucuz və qənaətcil avtomobillərə keçid almağa başlayırlar. Yeri gəlmişkən, sonuncu dəfə bu cür hadisə yaxınlarda – keçən əsrin 50-ci illərində baş vermişdir.

O zamanlar bütün Avropada qəribə görünüşlü avtomobillər görünməyə başladı. Uyğun olaraq “köpüklü avtomobil” ləqəbinə bənzər formalar peyda oldu. Bu gün dəişətlər saçan fotolara diqqət yetirərkən babanızın sürdüyü Moskviç belə sizə limuzin kimi görünəcək.

Bruetsch Mopetta

Budur, 50-ci illərin tipik “köpük maşını”! “ Bruetsch Mopetta” – bütün küləklərə meydan oxumaq üçün üstü açıq, şüşə-plastik gövdəyə sahib, tək salon, motosiklet təchizatlı (iki vuruşlu mühərrik, kickstarter) avtomobildir. Bu füsunkar sabun qabında ön şüşə demək olar ki, heç bir əhəmiyyət kəsb etmirdi.

Ucuz avtomobill istehsalı ilə bağlı 10 cəhd 1

Ancaq hətta 50-ci illərin kasıb Avropası üçün belə “avtomobil əvəzedicisi” çox ekstremal hesab edilirdi. Ümumilkdə yalnız 14 belə maşın istehsal edildi.

Messerschmitt KR175/200

Messerschmitt kimi aviasiya adına sahib avtomobil daha çox rəğbət qazanmışdır. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra qırıcıları, bombardmançıları və qırıcı-bombardmançıları ilə məşhur olan Villi Messerşmitin firmasına təyyarə istehsalı ilə məşğul olmaq qadağan edildi. Çıxılmaz vəziyyətdə qalan almanlar bu halda avtomobil istehsalına başlamağa cəhd göstərdilər.

Qeyri-adi, çox keyfiyyətli yığılmış və ucuz KR175 / 200 təyyarədəki kimi dam örtüyünə sahib olub, 100 km / saat sürəti hədəfləyə bilmişdir. Lakin, bunun üçün ona 30 saniyə gərəkli olurdu.

Lloyd LP300

İlk baxışdan unudulmuş Alman markası “Lloyd”un avtomobili kifayət qədər ciddi görünə bilər. Lakin, şəkildə deyil, real olaraq ona toxunduqda faner taxtadan hazırlandığını və üzlük olaraq dermantin dəri çəkildiyini anlayarkən çox təəccüblənəcəksiniz.

Ucuz avtomobill istehsalı ilə bağlı 10 cəhd 3

Bu səbəbdən də, mövcud olduğu dövrlərdə Lloyd-LP300 “yapışqan gips bombardmanı” ləqəbini almışdır.

Vespa 400

Sizcə, “köpüklü avtomobil”, prinsipcə, sevimli ola bilməz? İtalyan Vespa 400 mikroavtomobilini nəzərdən keçirin – bu, şirkətin mopedləri və skuterlərdən başqa tarixdə məşhurlaşan yeganə dördtəkərli icadıdır.

Vespa 400 uyğun büdcəli körpə kimi nəzərdə tutulsa da, əslində kifayət qədər baha təqdim edildiyindən gözlənilən məşhurluğu əldə etmədi.

Zundapp Janus

Qədim Roma mifologiyasından iki üzlü tanrının adını daşıyan avtomobil həqiqətən də iki üzlü idi. Matorun və ya arxa tərəfin harada olduğunu müəyyən etmək asan deyil. Avtomobilin ekzotik görünüşünün önəmli hissəsi ön və arxadakı yellənən qapılar, eləcə də bir-birinə söykənən oturacaqlar hesab edilir.

Ucuz avtomobill istehsalı ilə bağlı 10 cəhd 5

Məşhur motosiklet markası Zundnapp adı altında istehsal edilən avtomobil yarım əsr sonra gözlənilmədən Hollivud cizgi filmi “Maşınlar-2″də ikinci dəfə həyata qaytarılıb. Bu səhnədə “Yanus” gizli cinayətkar birliyin liderlərindən birini canlandırır.

BMW 600

Bütün sadalanan mikroavtomobillərin yalnız naməlum markalara aid olduğunu düşünürsünüz? Budur, BMW-dən qabarcıq avtomobil!

SMZ S-3A

Sanki, bu sevimli oyuncaqla bağlı tanış nüyanslar var, elə deyilmi? Dədqiq desək, kinomataqrafiya incisi “I əməliyyatı” filmində nümayiş etdirilmişdir.

Ucuz avtomobill istehsalı ilə bağlı 10 cəhd 7

Piaggio Ape

Mikrocarlar heç də həmişə qurbağaya bənzəməyiblər. Triskl bazasında hazırlanmış yüngül yük avtomobili. Tam örtülmüş kabina, kiçik ölçülü təkərlər, buna rəğmən etibarlı yük yeri olan Piaggio Ape. Maraqlısı ondadır ki, Piaggio Ape-ın modernizə edilmiş formaları indiki dövrdə belə istehsal edilməkdədir.

Bond Bug

Mikrocarların çoxu 60-c illərdən etibarən bazarlardan yığışdırıldı. Avropa qarşılaşdığı iqtisadi böhrandan qurtulan kimi ilk növbədə biyabırçılığa son qoymağı qərarlaşdırır. Ancaq, bu avtomobil 70-ci illərdə ingilislər tərəfindən təqdim edilir. Bond Bug daha müasir dizayn, idman tərzi oturacaqlarla və əvvəlki modellərə nisbətən daha güclü mühərriklə təklif olunurdu. Əsasən gənclər üçün nəzərdə tutulduğundan reklamlarda gənc modell qızlardan istifadə edilirdi.

Ucuz avtomobill istehsalı ilə bağlı 10 cəhd 9.1

Smart ForTwo

Sonda isə Smart ForTwo-nu yada salaq. Bu gün ona Nyu-York küçələrində polsi maşını kimi rastlaya bilərsiniz.